Bakıda üçotaqlı ev və “Mitsubishi” yandı

Bakıda üçotaqlı ev və "Mitsubishi" markalı minik avtomobili yanıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları və "Mitsubishi" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.