Qəbələdə intihar cəhdinin qarşısı alınıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunda 1 nəfər intihar etmək məqsədilə ikimərtəbəli binanın damına çıxıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin xilasediciləri tərəfindən intihar cəhdinin qarşısı alınıb. Əməliyyat başa çatıb.