Şamaxıda maşın yoldan çıxaraq aşıb

Şamaxı-Pirqulu yolunun Çuxuryurd kəndində avtomobil yoldan çıxaraq aşıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, nəticədə maşında olan sərnişin, 1979-cu il təvəllüdlü Şamaxı rayon sakini Ağakərimov İlham Dilavər oğlu başından ağır xəsarət alıb.

Yaralı Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.