- Köhnə - Hadisə
- 27 Noyabr 2017 09:09
- 6 094
Bakıda bina yandı - 10 nəfər təxliyə edildi
Bakıda çoxmərtəbəli yaşayış binası yanıb.
FHN-dən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənən 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.