- Köhnə - Hadisə
- 27 Noyabr 2017 23:06
- 3 733
Neftçalada 4 otaqlı ev kül oldu
Neftçalada yanğın hadisəsi qeydə alınıb.
AzNews.az FHN-nə istinadən xəbər verir ki, Neftçala rayonu, Kür Qarabucaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.