- Köhnə - Hadisə
- 30 Noyabr 2017 12:16
- 5 308
İşə gedən qadınları maşın vurdu - Adları... (Yenilənib)
Şəmkirdə avtomobillə vurulan piyadaların kimliyi müəyyənləşib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, ölən piyadalar Göygöl rayon sakinləri, 1976-cı il təvəllüdlü Haqverdiyeva Təranə Ağalar qızı və 1981-ci il təvəllüdlü Alıyeva Sevinc Şahbaz qızıdır.
Hazırda piyadaları vuran avtomobilin müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir.
***
08:59
Şəmkirdə 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.
Yolu keçmək istəyən iki qadını avtomobil vuraraq hadisə yerindən qaçıb. Hər iki piyada yerində ölüb.
İlkin məlumatlara görə, hələlik kimliyi bilinməyən hər iki piyada istixanada işləməyə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az