Bakının Yasamal rayonunda binada yanğın olub. Bakının Yasamal rayonunda binada yanğın olub.

Bakıda bina yandı - 34 nəfər təxliyə edildi

Bakının Yasamal rayonunda binada yanğın olub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.