- Köhnə - Hadisə
- 6 Dekabr 2017 11:40
- 7 020
Yeni il yolkası bəzəyərkən beş nəfər öldü
Qvatemalada küçədə quraşdırılan Yeni il yolkasını bəzəyən gənclər elektrik xəttinə toxunub.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində beş nəfər həyatını itirib. Meksika sərhədinə yaxın El Karmen Frontera bölgəsində baş verən faciənin qurbanları 17 - 24 yaş arasındadır. Onlardan biri qadındır.
Bildirilir ki, gənclərdən biri ana elektrik xəttinə toxunduğundan elektrik cərəyanı metal gövdəli ağaca yayılıb. Digər gənclər də cərəyandan qurtula bilməyiblər.