Biləsuvar rayonunda kütləvi dava baş verib. Biləsuvar rayonunda kütləvi dava baş verib.

Biləsuvarda kütləvi dava - 2 polis əməkdaşı yaralandı

Biləsuvar rayonunda kütləvi dava baş verib.

AzNews.az "Report"-a istinadən xəbər verir ki, mübahisə edən şəxsləri ayırmaq istəyən 2 post patrul xidmətinin əməkdaşı - rayon sakinləri, 1989-cu il təvəllüdlü Qasid Rəşid oğlu Əsgərov və 1991-ci il təvəllüdlü Daşqın Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralı polis əməkdaşlarına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Biləsuvar Rayon Polis Şöbəsindən bildirilib ki, insident zamanı bir polis əməkdaşı xəsarət alıb.