- Köhnə - Hadisə
- 7 Dekabr 2017 22:29
- 4 817
Quba-Xınalıq yolunda maşın çaya düşüb
Bu gün Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Quba-Xınalıq yolunun 37-ci km-də baş verib. "Toyota Prado" markalı maşın yoldan çıxaraq çaya düşüb. Qəza zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.