Azərbaycana aid yük maşını Tbilisidə qəzaya düşdü

Azərbaycan dövlət nömrə nişanlı yük maşını Gürcüstan paytaxtında qəza törədib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, yük maşını şəhərin “Qəhrəmanlar meydanı” ərazisində yerləşən körpünün altından keçə bilməyərək ilişib qalıb.

Qəza səbəbindən nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Hadisə yerinə patrul maşınları cəlb olunub.