Tovuzda orta məktəbdə yanğın olub

Tovuzda yanğın qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində ümumi sahəsi 693 m² olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 m², 6 sinif otağının tavanı 120 m² sahədə və qapıları yanıb.