Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Maştağada keçmiş məhkum saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən AzNews.az-a verilən məlumata görə, narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Quliyev polislər tərəfindən saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış zamanı narkotik maddə hesab edilən heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış zamanı əlavə olaraq ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi narkotik vasitə heroin və qurdulmuş marixuana aşkar edilib. Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisinin 150 qram heroin və 7 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

image description image description