Dekabrın 9-u axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında ölən və yaralananların hamısının şəxsiyyəti müəyyən edilib. Dekabrın 9-u axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında ölən və yaralananların hamısının şəxsiyyəti müəyyən edilib.

Toydan qayıdan hərbçilər qəzaya düşdü - ölənlərdən 3-ü Rusiya vətəndaşıdır (Yenilənib)

Dekabrın 9-u axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında ölən və yaralananların hamısının şəxsiyyəti müəyyən edilib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Murad Nadir oğlu Bağırovun idarə etdiyi “Mersedes” markalı "57 BN 577" dövlət nömrə nişanlı minik avtomobili ilə 1959-cu il təvəllüdlü Gəncə şəhər sakini Şamil Mehdiyevin idarə etdiyi “Passat” markalı "20 DA 133" dövlət nömrə nişanlı minik avtomobili qarşı-qarşıya toqquşub.

Ağır qəzadan sonra "Passat" markalı avtomobilin sürücüsü Şamil Mehdiyev və avtomobildə sərnişin qismində olan Rusiya vətəndaşları 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova hadisə yerində ölüblər. Digər sərnişin 1949-cu ildə Şəmkir rayonunda doğulan və hazırda Rusiya vətəndaşı olan Rəfael Tağı oğlu Qasımov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) çatan an ölüb. Digər yaralı 1963-cü ildə Yevlax rayonunda doğulan və hazırda Rusiyanın Primorskiy vilayətində qeydiyyatda olan İsa Hilal oğlu Abbasov ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

"Mersedes" markalı avtomobilin sürücüsü Murad Bağırov və sərnişinləri 1992-ci il təvəllüdlü Qax rayon sakini Elvin Babək oğlu Qasımlı və 1992-ci il təvəllüdlü Göygöl sakini Rəşad Məzahir oğlu Aslanlı Mingəçevir ŞMX-a yerləşdiriliblər. Yaralıların vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

Rusiyanın ayrı-ayrı diyarlarından olan Olqa Lesnikova və Oksana Maskolnikova ixtisasca həkim-cərrahdırlar. Onlar qəzada ölən Rəfael Qasımovun qonaqları olublar. "Mersedes" markalı avtomobilin sürücüsü Murad Bağırov, Elvin Qasımlı və Rəşad Məzahir Aslanlı isə hərbiçidirlər.

***

Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonu istiqamətində olan kəsişmə nöqtəsində qeydə alınıb.

Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib.

Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digr ikisi isə Şəkiyə aparılıb.

Maşınlardan birində toydan qayıdan hərbçilər olub.

***

19:34

Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində ölən və yaralananlar var.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində baş verib.

AzNews.az