Zaqatalada 3 ton ot bağlaması yanıb

Zaqatalada yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Zaqatala rayonu, Zəyəm kəndində ümumi sahəsi 75 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur.