Bakıda ölümlə nəticələnən piyadavurma olub. Bakıda ölümlə nəticələnən piyadavurma olub.

"Hyundai" 15 yaşlı qızı vurdu

Bakıda ölümlə nəticələnən piyadavurma olub.

APA-nın xəbərinə görə, hadisə Bakı dairəvi yolunun Qanlı Göl yaşayış massivinin ərazisinə düşən hissəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı sərnişin avtobusundan düşərək, sürət həddi 110 km/saat olan yolu keçmək istəyərkən onu Məcnunzadə Çingiz Gündüz oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil vurub.

Qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Araşdırma aparılır.

AzNews.az