- Köhnə - Hadisə
 - 16 Dekabr 2017 17:43
 - 3 420
 
Evdə qaz sızmasından partlayış oldu - Xəsarət alan var
            Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
AzNews.az