- Köhnə - Hadisə
- 17 Dekabr 2017 20:18
- 1 631
Şəmkirdə 3 ton ot bağlaması yanıb
Şəmkirdə yanğın qeydə alınıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Şəmkir rayonu, Qasımalılar kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 15 m² sahədə və talvarın altına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.