Bankomatdan oğurluq etmək istəyərkən yaxalandı

Qubada bankomatdan oğurluğun qarşısı alınıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, rayonun Zərdabi qəsəbə sakini 1994-cü il təvəllüdlü Asim Cabbarov gecə saatlarında Quba şəhər Yeni Avtovağzal ərazisində yerləşən Kapital Bankın ATM köşkündəki bankomatdan oğurluğa cəhd edərkən RPŞ-nin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilib. Saxlanılan zaman onun üzərindən cinayətdə istifadə etdiyi bir ədəd metal ling, bir ədəd mətbəx bıçağı, bir ədəd maska və bir cüt əlcək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.