Vəhşi heyvanlar Zərdab rayonunun “32 hektar” adlanan yaşayış massivinə hücum edib. Vəhşi heyvanlar Zərdab rayonunun “32 hektar” adlanan yaşayış massivinə hücum edib.

Zərdabda vəhşi heyvanlar əhaliyə hücum etdi

Vəhşi heyvanlar Zərdab rayonunun “32 hektar” adlanan yaşayış massivinə hücum edib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayon sakini, 1964-ci il təvəllüdlü Zeynəb Şamil qızı Hüseynovaya məxsus fərdi təsərrüfata hücum edən vəhşi heyvanlar hində olan 34 baş toyuq-cücənin hamısını tələf edib.

Ev sahibi toyuq-cücənin çaqqalların tələf etdiyini güman edir. Sakinlər analoji hadisələr rayon ərazisində tez-tez baş verdiyini deyirlər.