Yük maşını aşdı - Sürücü yaralandı

Daşkəsəndə yük avtomobili aşıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çovdar kəndində baş verib.

Ağır tonnajlı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Qaradağ rayon sakini, 1960-cı il təvəllüdlü Xələfov Xəlifalı Şahlar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Avtomobildə olan sərnişin isə xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az