81 yaşında diri-diri yanan arvadın ərindən son istəyi: “Qoyma, yandım, məni də çıxart”

Masallı rayonunda 81 yaşlı qadın evin icində diri-diri yanıb.

Hadisə Masallı rayonun Mahmudavar kəndində baş verib. Kənd sakinlərin AzNews.az-a verdiyi açıqlamaya görə, yanğın səhər saat 5 radələrində baş verib:

“Ər və arvad evdə tək yaşayırlar. Övladlarının isə onlardan bir az uzaqda evləri var. İki mərtəbəli, ümumi sahəsi 280 m² olan evin bir otağında qaz sobası olub. Ehtiyyatsızlıqdan qaz sızması baş verib. Yanğından xəbər tutan kimi kişi həyat yoldaşı Mariya Kazımovanı səsləyib. Kişi qaçıb canını qurtarıb. Amma qadın yaşlı olduğundan tüstü onu boğub, yıxılıb. Qışqırıb ki, “qoyma, yandım, məni də çıxart”. Kişi görüb ki, Mariya gəlmir, istəyib ki, onun arxasınca gedib çıxarsın, alovdan evə girə bilməyib. Qadın tamam yanmışdı, meyiti yumaq da mümkün deyildi. Nə yaxşı vaxtında çatdıq, yoxsa meyiti kül olacaqdı”.

Bahar RÜSTƏMLİ

AzNews.az