- Köhnə - Hadisə
- 30 Dekabr 2017 15:25
- 5 613
Bakıda yük maşını qəza törətdi
Bakıda iki avtomobil toqquşub.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Salyan şosesində baş verib. Həmin yolda hərəkətdə olan "İsuzu" markalı yük maşını idarəetməni itirərək qarşı tərəflə hərəkət edən "Chevrolet" markalı avtomobilin yoluna çıxıb. Nəticədə "İsuzu" markalı maşın aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazidə bir müddət tıxac müşahidə olunub. Hadisə yerinə yol polisləri cəlb edilib və yaranmış tıxac aradan qaldırılıb.