Şəmkir rayonunda silahlı insident - gənc özünü güllələdi

Şəmkir rayonunda silahlı insident baş verib.

AzNews.az xəbər verir ki, rayonun Alabaşlı kənd sakini, 1995-ci il təvəllüdlü Cəfər Aslanov güllə xəsarəti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Cəfər Aslanov ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.