- Köhnə - Hadisə
- 2 Yanvar 2018 21:22
- 4 315
Bərdədə kütləvi dava - 2 nəfər döyüldü
Bərdə rayonunda döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, rayonun Samux kənd sakinləri ,1992-ci il təvəllüdlü Qocayev Atəş Kamil oğlu və 1993-cü il təvəllüdlü Məmmədov Nurlan Elxan oğlu həmyerliləri tərəfindən döyülüb.
Ağır bədən xəsarətləri alan hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
AzNews.az