Yataqxanada yanğın - 8 nəfər təxliyə edilib

Sumqayıtda yataqxanada yanğın olub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsində taxtadan ibarət dolab 2 kv.m sahədə yanıb. Yanğın zamanı mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.