- Köhnə - Hadisə
- 3 Yanvar 2018 22:24
- 3 047
Gəncədə mənzildə yanğın olub
Gəncədə yanğın hadisəsi qeydə alınıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 27 m2 olan bir otaqlı mənzilin mətbəxində məişət avadanlığı və 2 m2 sahədə mətbəx mebeli yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.