- Köhnə - Hadisə
- 4 Yanvar 2018 23:17
- 2 293
Sumqayıtda yanğın - 5 nəfər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 6 m² sahədə qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.