Marketdə qətl törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Goranboy rayonunda marketə hücum edərək qətl törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfi Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil verilmişlər.