- Köhnə - Hadisə
- 6 Yanvar 2018 13:00
- 4 603
Bilgəhdə telefon qovşağından oğurluq edən tutuldu
Yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.