Bibisinin yas mərasimində bıçaqlandı - Yenilənib

Qax rayonunda Rusiya vətəndaşını bıçaqlayan şəxs saxlanılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bibisinin yas mərasimində iştirak etmək üçün Qax rayonuna gələn A.Suxaşvili dayısı oğlu Giorgi Vazgenoviç Okracanaşvili tərəfindən bıçaqlanıb.

G.Okracanaşvili Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

***

16:30

Qax rayonunda 47 yaşlı kişi bıçaqlanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alinib.

Belə ki, Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Amiran İosif oğlu Suxaşvili bibisinin yas mərasimində qohumu tərəfindən bıçaqlanıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az