Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib. Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.

Bakının mərkəzində baş verən partlatyışda xəsarət alan var - Hadisənin səbəbi

Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.

“Report”un xəbərinə görə, o bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub. “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını deyib.

AzNews.az