Bakıda yaşayış binasında yanğın - iki polis, 3 azyaşlı zəhərlənib

Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.

Apa-nın xəbərinə görə, Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanındayerləşən binanın girişindəki mağazada yanğın olub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzildə olan insanlar təxliyyə olunub, hadisə nəticəsində iki polis əməkdaşı və 3 azyaşlı tüstüdən zəhərlənib.

Onlar 1 saylı Klinik Tibbi Mərkəzə aprılıb.