- Köhnə - Hadisə
- 7 Fevral 2018 08:59
- 4 515
"VAZ" ağaca çırpıldı - Sürücü yaralandı
Şəkidə yol qəzası nəticəsində bir nəfər xəsarət alıb.
AzNews.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun Köbər Zəyzid kəndində "VAZ" markalı minik avtomobili yol qəzası nəticəsində ağaca çırpılıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.