- Köhnə - Hadisə
- 9 Fevral 2018 22:43
- 3 271
Ağdamda zəncirvari qəza - Foto
Axşam saatlarında Ağdam rayonu ərazisində zəncirvari qəza baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində qeydə alınmış qəza zamanı 3 minik maşını - "VAZ-2106", "VAZ-2107" və "Mercedes" markalı avtomobil toqquşub.
Hadisə zamanı "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı rayon polisində araşdırma aparılır.