- Köhnə - Hadisə
- 10 Fevral 2018 19:37
- 3 958
Avtobus qəzaya uğradı - 19 nəfər öldü
Honkonqda ikimərtəbəli avtobus qəzaya uğrayıb.
AzNews.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb. Yaralıların vəziyyəti ağırdır. Hadisə fevralın 10-da yerli vaxtla saat 18:00-da baş verib. Avtobus hələlik məlum olmayan səbəblərdən aşıb. Hazırda qəza yerində xilasedicilər, təcili yardım xidmətinin əməkdaşları və polislər var.
Yaralıların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.