- Köhnə - Hadisə
- 10 Fevral 2018 21:10
- 3 860
İndoneziyada avtobus qəzası - 27 ölü, 16 yaralı
İndoneziyada avtobus qəzası baş verib.
AzNews.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi polisə istinadən məlumat verib. Qəza nəticəsində ən azı 27 nəfər həlak olub, 16 nəfər isə yaralanıb. Agentliyin verdiyi məlumata görə qəza Qərbi Yava vilayətindəki avtomobil yolunda baş verib. Yaralılar xəstəxanaya aparılıb, bəziları isə ağır vəziyyətdədir.
Qəzanın səbəbləri və detalları haqqında məlumat verilmir.