Astarada ağır qəza - 2 ölü, 2 yaralı

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

AzNews.az "Report"a istinadən xəbər verir ki, rayonun Vaqo kəndi ərazisində "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə Miki kənd sakini, 1964-cü il təvəllüdlü Cabbar Nəsirov yol qəzasında ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda ölüb. VAZ-2106" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Rasim Rafiq oğlu Məmmədov da yerləşdirildiyi xəstəxanada ölüb. Hadisə nəticəsində 2 nəfər də yaralı var.