- Köhnə - Hadisə
- 15 Fevral 2018 20:28
- 3 670
Şəkidə 8 otaqlı ev yanıb
Şəkidə güclü yanğın baş verib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, yanğın Şəki şəhərinin Turan qəsəbəsində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli səkkizotaqlı evdə qeydə alınıb.
Hadisə nəticəsində evin 350 kvadratmetri və ona bitişik tikilmiş, ümumi sahəsi 150 kvadratmetr olan talvar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.