Qəbələdə istirahət mərkəzində yanğın

Qəbələ rayonunun Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 m2 olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

FHN-dən AzNews.az-a verilən məlumata görə, yanğın zamanı iki məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb, istirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.