Şəmkirdə təcili tibbi yardım maşını qəza törədib. Şəmkirdə təcili tibbi yardım maşını qəza törədib.

Xəstəni aparan təcili yardım maşını qəzaya uğradı - 1 nəfər yaralandı

Şəmkirdə təcili tibbi yardım maşını qəza törədib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Keçili kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini Tural Məmmədov evdə təmir işləri aparan zaman partlayış baş verib və o, yanıq xəsarətləri alıb. Bununla bağlı təcili yardım çağırılıb. T.Məmmədovu xəstəxanaya aparan təcili tibbi yardım avtomobili yolda rayon sakini 1963-cü il təvəllüdlü Cəfərov Hüseyn Məcid oğlunun idarə etdiyi “Qaz 31” markalı avtomobillə toqquşub. Qəza zamanı H. Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanıq xəsarəti alan T. Məmmədov Gəncədə olan özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az