Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən şərab dükanlarından birində döyülmə hadisəsi baş verib. Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən şərab dükanlarından birində döyülmə hadisəsi baş verib.

Sumqayıtda işlədiyi dükanda döyüldü

Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən şərab dükanlarından birində döyülmə hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, bina 8b/26, mənzil 38-də yaşayan 1982-ci təvəllüdlü Bəxtiyar Bayram oğlu Xudiyevin işlədiyi şərab dükanı naməlum şəxslərin hücumuna məruz qalıb.

Nəticədə o, gözləmədiyi halda həmin şəxslər tərəfindən möhkəm döyülüb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. TTYX-dan verilən məlumata görə, hazırda Bəxtiyar Xudiyevin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.