- Köhnə - Hadisə
- 8 Mart 2018 18:14
- 4 660
Goranboyda zəncirvari qəza: yaralılar var - Yenilənib
.jpg)
Goranboy rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy rayonunun Xoylu kənd sakinləri, 1961-ci il təvəllüdlü Lətafət Elmir qızı Həsənova və onun 8 aylıq nəvəsi Həsənli Ayxan Dəmir oğlu, avtomobilin sürücüsü Dəmir Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir.
***
17:39
Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza baş verib.
APA-nın Qərb bürosunun məlumatına görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir sürücü və bir neçə sərnişin xəsarət alıb.
Onlardan bəziləri Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az