- Köhnə - Hadisə
- 1 Aprel 2018 11:52
- 5 414
Qəbələ sakinini ilan sancdı

Qəbələ rayonunda ilansancma hadisəsi baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, şəhərin Quşlar kəndində 1985-ci il təvəllüdlü yerli sakin Zülfüqar Lətifovu həyətyanı sahədə ilan sancıb.
O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.