Oğuzda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb. Oğuzda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

Oğuzda yol qəzası - 1 nəfər ağır yaralandı

Oğuzda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində baş verib. Oğuz rayon sakini Elçin Abidzadənin idarə etdiyi “VAZ 21074” markalı 37 BB 239 dövlət nömrə nişanlı minik avtomobili ilə Oğuz şəhər sakini 1983-cü il təvəllüdlü Mais Talıb oğlu Əliyevin idarə etdiyi motorollerlə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Mais Əliyev Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mais Əliyevə qapalı kəllə-beyn travması, beyin silkələnməsi və sol incik sümüyünün sınığı dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.