- Köhnə - Hadisə
- 27 Aprel 2018 16:56
- 7 549
Gənc qadın 5-ci mərtəbədən yıxıldı - Yenilənib
Sumqayıt şəhərində 5-ci mərtəbədən yıxıldığı bildirilən gənc qadının adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, bu, şəhər sakini, 1991-ci il Nərgiz Cənnət qızı Qasımovadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.
***
16:06
Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.
Adı hələ ki, məlum olmayan təqribən 20-25 yaşlarında gənc qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb.
Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az