Ötən gün gecə saatlarında Salyan şəhərinin girişində yol qəzası baş verib. Ötən gün gecə saatlarında Salyan şəhərinin girişində yol qəzası baş verib.

Salyanda yol qəzasında 2 nəfər ölüb

Ötən gün gecə saatlarında Salyan şəhərinin girişində yol qəzası baş verib.

Apa-nın məlumatına görə, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi “KaMAZ” markalı 42-BU-105 dövlət nömrə nişanlı avtomobillə, 27 yaşlı Neftçala rayonunun Beşdəli kənd sakini, Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi “Mersedes” markalı 90-UO-631 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Mercedes"in sürücüsü və sərnişini- Neftçala rayon Ərəbqardaşbəyli kənd sakini, 26 yaşlı İlqar Əbil oğlu Abasov hadisə yerində ölüblər. Avtomobildə sıxılıb qalmış cəsədlər FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.