- Köhnə - Hadisə
- 28 Aprel 2018 17:14
- 6 767
VAZ hasara çırpılıb - Sürücünün vəziyyəti ağırdır
Göyçay rayonunda yol qəzası baş verib
AzNews.az Trend-ə istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.
Rayon sakini 1987-ci il təvəllüdlü Səfər Zöhrab oğlu Rəsulov idarəetməni itirərək "VAZ 2106" markalı avtomobili hasara çırpıb.
Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.