- Köhnə - Hadisə
- 29 Aprel 2018 18:44
- 6 420
Qubada 8 otaqlı evdə yanğın çıxdı
Quba rayonunda yanğın faktı qeydə alınıb.
FHN-dən AzNews.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 280 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.