Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib

Abşeronda 11 yaşlı oğlan öldü

Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib

Lent.az xəbər verir ki, Bakı-Şamaxı yolunun 17-ci kilometrliyində Heydərov Mirələm Mirheydər oğlunun sürdüyü "Mercedes" markalı avtomobil yolun ortasındakı beton maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Bəbirov Əli Natiq oğlu isə aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az